Mən Əli, hazırda Azərbaycan Texniki Universitetində İnformasiya Texnologiyaları ixtisası üzrə təhsil alıram. Proqramlaşdırma həyatım 15 yaşımda başlayıb, bu sahəyə daxil olmağım C proqramlaşdırma dili ilə olub. C dilini öyrəndikdən sonra alqoritm bacarıqlarımı inkişaf etdirdim və proqramlaşdırmanın məntiqini anladım, daha sonra C++ proqramlaşdırma dilinə keçdim. Proqramlaşdırmaya C ailəsi ilə başlamağım analitik düşünmə qabiliyyətimə böyük təsir göstərdi. C++ ilə problem həll etmə bacarıqlarımı inkişaf etdirdim. 2 illik C/C++ təcrübəsindən sonra veb proqramlaşdırmaya keçdim. Hal-hazırda Javascript və React biliklərimi təkmilləşdirməyə çalışıram və Data Strukturlar və Algoritmlərlə bağlı yeni şeylər öyrənməyə davam edirəm.